Accessibility links

Hillari Klinton Şimali İrlandiya liderlərini inkişafı davam etdirməyə çağırır


ABŞ Dövlət katibi Hillari Klinton Şimali İrlandiyanın hakimiyyətin bölüşdürüldüyü hökumətinin liderlərini yeni koalisiyada fikir ayrılıqları və şübhələrə baxmayaraq inkişafı davam etdirməyə çağırıb.

Xanım Klniton bu gün Şimali İrlandiya parlamentində qanunvericilər qarşısıbda çıxışı zamanı deyib ki, İrlandiya Respublikası ordusunun dissidentləri qeyri-müəyyənlik və narazılıqlara işarələrin olmasını izləyirlər. O deyib ki, dissidentlərin qeyri-konstruktiv ambisiyaları Şimali İrlandiyanın təhlükəsizliyi üçün hədə təşkil edir.

Dövlət katibi Klinton bu açıqlamaları Şimali İrlandiyanın yarı-hərbi qrupunun zorakılığı qınayıb, “silahlı mübarizənin” başa çatdığını elan etməsindən bir gün sonra Belfastda verib.

İrlandiyanın Milli Azadlıq ordusunun bəyanatında deyilir ki, Şimali İrlandiyanın İrlandiya ilə birləşməsi yalnız siyasi mübarizə mübarizə yolu ilə əldə edilə bilər.


XS
SM
MD
LG