Accessibility links

Uyğur lideri ölüm hökmlərini pisləyir


Mühacirətdə olan Uyğur lideri Rəbiyyə Kadir Çin hökumətinin ölkənin Sincan vilayətində baş verən iğtişaşlara görə altı uyğuru ölüm cəzasına məhkum etməsini pisləyib. Xanım Kadir deyib ki, Sincan paytaxtı Urumçidə keçirilən məhkəmədə müttəhimlərə öz vəkillərini seçmək hüququ verilməyib. O, bu bəyanatı Yeni Zelandiyanın Aukland şəhərində verib. Çin məhkəməsi uyğurları qətl, yanğın, qarət və başqa cinayətlər törətməkdə günahkar bilib. Yeddinci uyğur isə oxşar cinayətlərə görə ömürlük həbs cəzasına məhkum edilib. Dünya Uyğur Konqresinin lideri Rəbiyyə Kadirin sözlərinə görə məhkəmənin qərarı regionda interetnik gərginlikləri daha da artıracaq.
XS
SM
MD
LG