Accessibility links

Avstraliya lideri qaçqın mühacirlərin sayından narahatdır


Avstraliya baş naziri Kevin Rad bildirir ki, o, İndoneziya prezidentinə zəng edərək siyasi sığınacaq üçün Avstraliyaya üz tutan adamların sayının artmasından narahatlığını izhar edib. Cənab Rad prezident Susilo Bambanq Yudhoyonoya Sunda körfəzi vasitəsilə Avstraliyaya doğru hərəkət edən və 260 Şri Lankalını daşıyan qayıq haqda kəşfiyyat məlumatını ötürüb. Cənab Radın zəngindən sonra hərbi gəmi qaçqınlarla dolu qayığı saxlayıb. Cənab Rad Cakartanı Avstraliyanın qeyri-qanuni mühacirətin qarşısını almaq yönümündə əsas müttəfiqi adlandırıb.
XS
SM
MD
LG