Accessibility links

Şirin İbadi qərbi İranda insan hüquqlarına kifayət qədər diqqət ayırmadığına görə tənqid edir


İranda insan hüquqları fəalı, Nobel mükafatı laureatı Şirin İbadi qərb ölkələrini İranda insa hüquqlarının pozulması hallarına əhəmiyyət verməməkdə günahlandırıb.

Röyters agnetliyinə müsahibə verən xanım İbadi deyib ki, qərb, xüsusil də Bilrəşmiş Ştatlar ədalətin pozulması hallarına göz yummağa üstünlük verir.Onun bildirdiyinə görə, bu ölkələr İranın nüvə proqramı əvəzinə bu məsələyə daha çox diqqət verməlidir.

Şirin İbadi İranda iyun ayında mübahisəli parlament seçkilərindən sonra həbs edilmiş nümayişçilərin “məhkəmə şoularını” xüsusi qeyd edib. O, Birləşmiş Ştatlar və Avropanı seçkidən sonra etirazlarda rolu olduqarın görə ölüm cəzasına məhkum edilmiş üç nəfərin müdafiə olunmasında daha cidd mövqe tutmağa çağırlb.


XS
SM
MD
LG