Accessibility links

Müğənni və aktrisa Barbara Streyzand xeyriyyə məqsədilə şəxsi əşyalarını hərraca çıxarıb


Hollivudun əfsanəvi aktrisası Barbara Streyzand xeyriyyə məqsədilə öz əşyalarını hərraca qoyub.

Nyu York, Beverli Hills və Malibuda evləri olan Barbara Steryzandın nə qədər əşyasaı olduğunu təsəvvür etmək çətindir.

Buna görə də super ulduz onların bir hissəsini satıb yüz min dollarla vəsait əldə edəcəyini gözləyir. Streyzand təxminən 500-ə qədər əşyanı hərraca çıxarır.

Bunların arasında yamaya royalı, mebel əşyaları və onun geyim əşyaları var. Barbara Streyzandın çəkildiyi filmlərdə geydiyi bəzi geyim əşyaları da hərraca çıxarılıb.

Hərrac oktyabrın 17-18-də keçiriləcək.

XS
SM
MD
LG