Accessibility links

Prezident Obama Pakistana 7,5 milyard dollarlıq yardım haqda qanuna imza atıb


ABŞ prezidenti Barak Obama Pakistana 7,5 milyard dollarlıq yardım haqda qanun layihəsinə imza atıb.

Ağ Ev bildirir ki, qanun layihəsi Birləşmiş Ştatların Pakistana geniş miqyasda dəstəyini nümayiş etdirir. Ağ Evin bildirdiyinə görə, prezident Obama deyib ki, ABŞ Pakistanla münasibətləri ölkənin demokratik təsisatları və Pakistan xalqına dəstəyə əsaslanan strateji tərəfdaşlıq prinsipinə uyğun olaraq qurmaq istəyir.

Qanun layihəsi davamlı iqtisadi inkişaf, demokratiyanın gücləndirilməsi, qanunun aliliyi və terrorizmə qarşı mübarizəyə dair birgə öhdəliklərə əsaslanan bu tərəfdaşlığı rəsmiləşdirir.


XS
SM
MD
LG