Accessibility links

Türkiyə və Ermənistan prezidentləri futbol üzrə Dünya Kuboku yarışında görüşüb


Ötən həftə diplomatik əlaqələrin qurulması və sərhədlərin açılmasına dair razılıqlar imzalayan Türkiyə və Ermənistan prezidentləri futbol üzrə dünya kubokunda görüşüb. Türkiyənin Bursa şəhərində Ermənistan prezidenti Serj Sarkisyanı Türkiyənin dövlət başçısı Abdulla Gül qarşılayıb. Türkiyənin xeyrinə 2-0 hesabı ilə bitən oyun zamanı havaya sülh rəmzi kimi ağ göyərçinlər buraxılıb.

Ermənistan jurnalistlərini daşıyan avtobus daşa basılıb. Ermənistan-Türkiyə yaxınlaşmasına etiraz edənlər əllərində Türkiyə və Azərbaycan bayraqları ilə nümayiş keçirib. Türkiyə Azərbaycanla həmrəylik olaraq 1993-cü ildən Ermənistanla sərhədlərini bağlayıb.

XS
SM
MD
LG