Accessibility links

İrlandiya prezidenti Avropa İttifaqının Lissabon sazişini imzaladı


İrlandiya prezidenti Mary Makalis Avropa İttifaqının Lissabon sazişini imzalayaraq, sənədə qanuni qüvvə verib. İrlandiya 27 üzvlü qurumun yeganə üzvü idi ki, sazişlə bağlı referendum keçirməli idi.

Ötən il sazişi rədd edən İrlandiya iki həftə əvvəl Avropa İttifqındakı tərəfdaşlarının abortun yasaqlanması, hərbi neytrallığı və vergi qanunlarının qorunacağına zəmanət aldıqdan sonra sənədlə bağlıreferendum keçirmişdi.

Sazişin qüvvəyə minməsi üçün sənəd Avropa İttifqının bütün üzvləri tərəfindən ratifikasiya edilməlidir. Blokun artmaqda olan təzyiqlərinə baxmayaraq Çex Respublikasının prezidenti Vaslav Klaus sazişi imzalamaqdan imtina edir.

XS
SM
MD
LG