Accessibility links

Müqtəda Əl-Sədrin tərəfdarları ilk dəfə ilkin parlament seçkilərində səs veriblər


Radikal şiə ruhanisi Müqtəda Əl Sədrin tərəfdarları 2003-cü ildən Amerikanın başçılığı ilə hərbi qüvvələrin İraqa müdaxiləsindən sonra ilk dəfə olaraq ilkin parlament seçkilərində səs veriblər. Sədrin 1.5 milyona yaxın tərəfdarının səsvermədə iştirak etdiyi bildirilsə də, fəallığı təsdiq etmək mümkün olmayıb. Yanvar ayında keçiriləcək seçkilərdə iştirak etmək üçün 650 nəfər namizədliyini irəli sürüb.

Bu arada İraqın qərb bölgəsində Ramadi şəhəri yaxınlığındakı əsas körpüdə kamikadze hücumu həyata keçirilib. Suriya-İran yolunun bir hissəsi olan bu körpüyə ciddi ziyan dəyib. Digər bir hücum nəticəsində isə 4 İraq əsgəri həlak olub. İraqın Fəllucadakı hərbi patrullarını hədəf alan yolkənarı bomba partlayışı səbəbi ilə 10 əsgər yaralanıb.

XS
SM
MD
LG