ABŞ prezidenti səhiyyə islahatları planının
həyata tətbiqi səylərini davam etdirir. Barak Obama deyib ki, planın təsdiq
edilməməsi ABŞ iqtisadiyyatına ciddi ziyan vuracaq. Həftəlik radio müraciəti
zamanı prezident əsasən sığorta şirkətləri adından danışan islahat əleyhdarlarını
tənqid edib.
Barak Obama deyib ki, sığorta şirkətləri həqiqətə uyğun olmayan reklamları ilə Amerika xalqını islahatlardan yayındırmağa çalışır. Respublikaçılar islahatların əleyhinə çıxış edir. Həftəlik radio müraciəti zamanı respublikaçı nümayəndə Kevin Bradi deyib ki, islahatlar xərcləri artırmaqla yanaşı, hökumətin xəstələrin müalicəsinə müdaxilə etməsinə yardım edəcək.