Accessibility links

Pakistanın hərbi qüvvələri Cənubi Vəziristanda genişmiqyaslı hərbi əməliyyata başlayıb


Pakistanın hərbi qüvvələri Əfqanıstanla həmsərhəd Cənubi Vəziristanda Taliban yaraqlılarına qarşı çoxdan gözlənilən genişmiqyaslı hərbi əməliyyata başlayıb. Döyüşlər zamanı 4 əsgərin həlak olduğu bildirilir.

Pakistanın quru qüvvələri bu gün Cənubi Vəziristandakı bazalarından yüksək rütbəli hərbi və siyasi liderlərin İslamabad görüşündən bir neçə saat sonra hərəkətə keçib. 10000-ə yaxın Taliban yaraqlılarına qarşı mübarizə məqsədi ilə Pakistanın 30000-lik hərbi qüvvəsi səfərbər edilib. Pakistanın hərbi qüvvələrini döyüş təyyarələri və hərbi vertolyotlar müşayiət edir.

Pakistan bu əməliyyatla terror və intiharçı hücumlarının qarşısını almağa çalışır. Son bir neçə həftə ərzində 175 adam həlak olub. Pakistan hökuməti ölkədə baş verən zorakılıqlara görə Cənubi Vəziristanda hərbi bazaları olan Taliban yaraqlılarını günahlandırır. Bugünkü əməliyyatdan əvvəl bəzi ərazilərdə kommendant saatı tətbiq edilib.

XS
SM
MD
LG