Rusiya polisinin bildirdiyinə görə, hərbi qüvvələr Qafqazda həyata keçirdikləri iki müxtəlif hücumlarda dörd yaraqlını öldürüb. Rusiya təhlükəsizlik qüvvələrinin rəsmiləri deyirlər ki, dünən hərbi qüvvələr Dağıstanda vəsiqələri yoxlayan vaxt, yaraqlılar onları atəşə tutub. Baş verən atışmalarda üç yaraqlı öldürülüb. Polis həmçinin bildirib ki, hərbi qüvvələr bir yaraqlını da Çeçenistanda öldürüblər. Keçən həftə Rusiya təhlükəsizlik xidmətinin başçısı Gürcüstanı Qafqaza Əl-Qaida yaraqlılarını göndərməkdə ittiham etmişdi. Gürcüstan isə ittihamı dərhal rədd edib. Gürcüstan Milli Təhlükəsizlik Şurasının rəhbəri ittihamın yalnış olduğunu bildirərək deyib ki, belə bəyanatların məqsədi, Rusiya ilə Gürcüstan arasındakı münasibətləri gərginləşdirməkdir.