Accessibility links

ABŞ və Türkiyə prezidentləri telefonda danışıb


ABŞ prezidenti Barak Obama və Türkiyə prezidenti Abdulla Gül telefonda bir sıra strateji məsələləri müzakirə ediblər. Prezidentlər Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılmasından söz açmış və bu mühüm səylərin davam etidirilməsinin vacibliyini qeyd etmişlər. Onlar Əfqanıstandakı situasiyanı nəzərdən keçirmişlər. Prezident Obama Türkiyənin bu istiqamətdə verdiyi töhfələrə görə təşəkkür etmişdir. Onlar habelə Kipr probleminin həlli və Bosniya-Herseqovinada sabitiyin təşviqi ilə bağlı fikir mübadiləsi aparıblar.
XS
SM
MD
LG