Accessibility links

ABŞ Dövlət katibinin köməkçisinin müavini Azərbaycana gələcək


ABŞ Dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisinin müavini Tina Kaydanau Cənubi Qafqaza səfəri çərçivəsində oktyabrın 22-24-də Azərbaycanda səfərdə olacaq.
Amerikanın Azərbaycandakı səfirliyindən “Amerikanın səsi” radiosuna bildiriblər ki, səfərin əsas məqsədi beynəlxalq və ikitərəfli münasibətləri müzakirə etməkdir.
Xanım Kaydanau səfər zamanı hökumət rəsmiləri, vətəndaş cəmiyyətlərinin və biznes strukturlarının rəhbərləri ilə görüşlər keçirəcək.
Tina Kaydanau Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini vəzifəsinə bu ilin avqustunda təyin edilib. O bu vəzifədə Metyu Brayzanı əvəz edib.

XS
SM
MD
LG