Accessibility links

ABŞ prezidenti İraqın Baş naziri Nuri əl-Məlikini Ağ Evdə qəbul edib


Prezident Barak Obama Ağ Evdə İraqın Baş naziri Nuri əl-Məliki ilə görüşüb.

Görüş zamanı Birləşmiş Ştatların hərbi qüvvələrinin İraqdan çıxarılması planları müzakirə edilib.

ABŞ prezidenti deyib ki, Birləşmiş Ştatlar hərbi qüvvələrin gələn ilin avqust ayına qədər İraqdan çıxarılmasına çalışır.

Prezident Obama habelə bildirib ki, hazırda Birləşmiş Ştatlar və İraq təkcə təhlükəsislik məsələləri deyil, iqtisadiyyat, ticarət və maliyyə kimi məsələlər ətrafında müzakirələr aparır.

XS
SM
MD
LG