Accessibility links

Rusiya prezidenti Serbiyaya səfər edib


Rusiya prezidenti Dmitri Medvedyev Serbiyaya səfər edib. Rusiyanın dövlət başçısı səfəri çərçivəsində Serbiyaya 1.5 milyard dollarlıq kredit verilməsi barədə razılıq imzalamalıdır. Dmitri Medevdevi Serbiya prezidenti Boris Tadiç qarşılayıb.

Tərəflər enerji və təhlükəsizlik məsələlərini də müzakirə edib. Rusiya və Serbiya arasında Rusiyanın Qara dənizdən Avropaya nəql ediləcək təbbi qazının Serbiya ərazisindən keçməsinə dair protokol imzalanıb. Tərəflər arasında təbbi yeraltı qaz ehtiyatlarının müştərək qorunması barədə də saziş imzalanıb.

XS
SM
MD
LG