Accessibility links

İranın Beynəlxalq Atom Enerjisi Agentliyindəki səfiri İranın doğru yolda olduğunu deyir


İranın Beynəlxalq Atom Enerjisi agentliyindəki səfiri Əli Əsgər Soltanie nüvə silahları ilə bağlı Qərbin narahatlıqlarının yüngülləşdirilməsi istiqamətində İranın doğru yolda, lakin İranın son inkişafları nəzərdən keçirməsi üçün əlavə vaxta ehtiyacı olduğunu deyib.

Soltanie Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Məhəmməd Əl-Bəradeyi,Rusiya, Fransa və ABŞ nümayəndələri ilə Vyanada görüş keçirib. İki saat yarım sürən danışıqlar zamanı İran uranının reaktor yanacağına çevrilməsi üçün Rusiya və Fransaya göndərilməsi məsələsi müzakirə edilib.

Rusiya, Fransa və ABŞ-ın İran uranının reaktor yanacağına çevrilməsinə dair razılığın təsdiqi üçün sabaha qədər vaxt verilib. Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Məhəmməd Əl- Bəradeyi bu bəyanatı iki günlük Vyana danışıqlarından sonra verib. Əl-Bəradeyi yeni təklifdə Fransanın da iştirak etdiyini bəyan edib.

İranın xarici işlər naziri Mənuçehr Mottəki Tehranda demişdi ki, Fransa İranın nüvə məsələrinə dair danışıqlarda iştirak etməməlidir. Nazir bildirmişdi ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin müşahidəçiliyi ilə Rusiya və ABŞ-la razılıq əldə edilməsi kifayət edər. Plan İranın 3.5 faiz saflaşdırılmış uranının Rusiya və Fransa tərəfindən 20 faizə artırılmasını nəzərdə tutur.

Bu arada ABŞ dövlət Departamentinin sözçüsü İan Kelli deyib ki, Vyana danışıqlarında iştirak edən Amerika nümayəndəsi planı qənaətbəxş hesab edir.


XS
SM
MD
LG