Accessibility links

Co Bayden Avropa səfərinin ikinci dayanacağı Rumıniyadadır


ABŞ-ın vitse-prezidenti Co Bayden Avropa səfərinin ikinci dayanacağı Rumıniyadadır. Cənab Bayden Rumıniya liderləri ilə görüşüb, Buxarest universitetində ABŞ siyasətinə dair nitqlə çıxış edib.

Rumıniyadan əvvəl Polşada olan ABŞ-ın vitse-prezidenti Polşanın baş naziri Donald Tusk və prezidenti Lex Kaçinski ilə görüşüb. Cənab Bayden Avropa liderləri ilə görüşü zamanı ticarət əlaqələri və demokratiyanın möhkəmləndirilməsi yollarını müzakirə edib.O həm də Obama administrasiyasının yeni raketlərdən müdafiə sisteminə Polşa liderlərinin dəstəyini əldə edə bilib.

Gəmilərə yerləşdiriləcək yeni sistemin bəzi elemenləri Polşa ərazisində olacaq. Rumıniyadan sonra ABŞ-ın vitse-prezidenti Co Bayden Çex Respublikasına səfər edəcək.

XS
SM
MD
LG