Birləşmiş Ştatlar Qazaxıstan məhkəməsinin insan hüquqları fəalı Yevgeni Jovitsin apellasiyasını təmin etməmək qərarına görə narahatlığını ifadə edib.
Hökumətin tənqidçisi olan Yevgeni Jovits şəxsi avtomobilini idarə etdiyi zaman piyadanı vurduğuna görə dörd il müddətinə azadlıqladn məhrum edilb.
Bu həftə keçirilən dinləmələr zamanı onun apellasiyası haqda müracitə təmin olunmayaraq, həsb cəzası qüvvədə qalmışdır.
Birləşmiş Ştatların Qazaxıstandakı səfirliyinin bu gün açıqladığı bəyanatda məhkəmə zamanı prosedurda pozuntuların olduğuna dair ciddi dəlillərin mövcudluğu göstərilir.
Bəyanatda apellasiya haqda dinləmələr zamanı bu narahatlıqlara cavab verilmədiyi qeyd edilir.
Birləşmiş Ştatlar Qazaxıstan hökumətini işlə əlaqədar prosedurun Qazaxıstan qanunlarına uyğun olaraq tam şəkildə nəzərdən keçirilməsinə çağırıb.