Accessibility links

NATO-nun müdafiə nazirləri Əfqanıstanda üsyançılar əleyhinə mübarizə planına dəstək bildirib


NATO müdafiə nazirləri Əfqanıstanda üsyançılarla mübarizə məqsədilə plana dəstək veriblər. Bu, Əfqanıstanda əsgərlərin sayının artırılmasına çağıran ABŞ hərbi qüvvələrinin Əfqanıstandakı komandiri Stenli Makkristalın təklif etdiyi plana oxşar layihədir.

NATO-nun Baş katibi Anders Foq Rasmussen deyib ki, nazirlər Əfqanıstanın özünü müdafiə etmək üçün kifayət qədər güclü olması barədə eyni fikri bölüşür. Rasmussenin sözlərinə görə, Əfqanıstanda ayrı-ayrı terrorçunun ələ keçirilməsi deyil, sabitliyin bərqərar olması prosesinə dəstək verilməsinə dair ümumi rəy mövcuddur.

Əfqanıstanda NATO və ABŞ hərbi qüvvələrinin komandiri Stenli Makkristal eyni strategiyanı dəstəkləyir və prezident Barak Obamaya Əfqanıstana əlavə əsgəri qüvvə göndərməyi təklif edib.

ABŞ-ın Müdafiə naziri Robert Geyts NATO müttəfiqlərinin Əfqanıstanla bağlı mövqeyinə yüksək qiymət verib.

XS
SM
MD
LG