Accessibility links

Taliban seçicilərə xəbərdarlıq edir


Taliban yaraqlıları Əfqan seçicilərə noyabrın 7-də keçiriləcək ikinci tur prezident seçkilərində iştirak etməmək barədə xəbərdarlıq verib. Taliban qrupu bu gün açıqladığı bəyanatda deyib ki, seçkilər Amerika prosesidir, və militantlar onu pozmaq üçün hərəkətə keçəcək. Taliblər bildiriblər ki, seçki günündə əsas yolları kəsəcəklər. Xəbərdarlıqda deyilir ki, kim seçki qutusuna bülleten atsa, həyatını risk qarşısında qoymuş olacaq. Qeyd edək ki, taliban qrupu buna bənzər bəyanatı avqustun 20-də də vermişdi. Prezident Həmid Karzay və onun rəqibi sabiq xarici işlər naziri Abdullah Abdullah seçki kampaniyalarına bu gün başlayıblar.
XS
SM
MD
LG