Accessibility links

Pakistanda İranın İnqilab Qvardiyasının üzvləri həbs edilib


Pakistan rəsmiləri İranın İnqilab Qvardiyasının 11 mühafizəçisinin sərhədi qanunsuz keçərək Pakistana daxil olduğuna görə həbs edildiyini bildirib. Polis mühafizəçiləri bu gün Pakistanın İranla sərhəd cənub-qərb bölgəsindəki Maşkel şəhərində saxlayıb.Həbs İranda 6-sı İnqilab Şurasının komandiri olmaqla 57 nəfərin həyatına son qoyan intiharçı hücumundan 8 gün sonraya təsadüf edir. İran rəsmiləri Pakistan təhlükəsizlik agentlərini partlayışın məsuliyyətini öz üzərinə götürən sünni yaraqlı qrup Cundalla ilə əlaqədə günahlandırır. Hücumu ittiham edən Pakistan hökuməti İranın iddiasını rədd edib. Pakistan xarici işlər naziri Şah Mahmud Qureşi terrorizmin regional problem olduğunu xatırladaraq, ölkəsinin hadisə ilə bağlı İranla əməkdaşlıq edəcəyini deyib.
XS
SM
MD
LG