Accessibility links

Harayın qonağı Sayman Həsənzadə: İranda etniklərin durumu ağırdır 


Harayın qonağı Sayman Həsənzadədir. O son prezident seçkilərində Əliəkbər Ələminin etniklər üzrə vəkili olub.
Cənab Həsənzadə 1977-ci ildə Sulduz şəhərində anadan olub. Sonra ailəsi ilə birgə Təbrizə köçüb.
O seçkilər zamanı ilk dəfə olaraq Əliəkbər Ələminin seçki qərargahının etniklər üzrə komitə yaradılması təşəbbüsü ilə çıxış etdiyini bildirib. Bundan sonra bütün namizədlər etniklərin hüquqlarından danışıb.
Cənab Həsənzadə İranda etniklərin hüquqlarının qorunmadığını deyib. “İran hakimiyyəti öz konstitusiya öhdəliklərini yerinə yetirmir. Etniklər ana dilində məktəb, media, kitablar istəyir. Ancaq İran hakimiyyəti buna məhəl qoymur”.
O şerini belə Azərbaycan dilində çap etdirə bilmədiyini deyir. “Şer kitabımı çapa hazırlamaq üçün senzuradan keçirməli idim. Senzura şerlərimin çox hissəsini çapdan çıxardı. Mən isə kitabı çap etdirməkdən imtina etdim. Çünki şerlər o qədər dəyişdirilmişdi ki, artıq şerlər mənim yox, senzorların idi. Vətən adları, Azərbaycan sözləri, tanrı adları bütünlüklə şerlərdən çıxarılmışdı”.
Cənab Həsənzadə indiki rejimin İranda etniklərin mədəni hüquqlarını bərpa etməyəcəyini bildirib. Onun fikrincə, İran hakimiyyəti mədəni hüquqların bərpasının rejimin çökməsinə səbəb olacağını düşünür.

XS
SM
MD
LG