Türkiyənin
təhlükəsizlik mənbələri bildirir ki, Türkiyə əsgərləri ölkənin cənub-şərqində
baş vermiş qarşıdurma zamanı 5 kürd yaraqlısını öldürüb. Hərbi mənbələr deyir
ki, döyüş dünən axşam Bingöl vilayətində PKK kimi tanınan Kürdüstan Fəhlə
Partiyasının yaraqlıları ərazidəki nəzarət məntəqəsinə hücumundan sonra
başlayıb. Keçən həftə Ankara İraqın şimalından Türkiyəyə keçən 5 kürd
yaraqlısını sərbəst buraxmışdı. Bu, kürdlərin Türkiyə hökuməti ilə sülh
təşəbbüsünü dəstəkləmsi jesti kimi qiymətləndirilirdi. Bu 5 yaraqlı Habur
sərhəd qapısında Türkiyə qüvvələrinə təslim olan 34 PKK döyüşçüsü və onların
tərəfdarları arasında idi.