Accessibility links

Barak Obama nifrətə əsaslanan cinayətlərlə bağlı qanun layihəsinə imza atıb


ABŞ prezidenti Barak Obama seksual oriyentasiyalarına görə hücumlara məruz qalan insanların müdafiəsi məqsədi ilə yeni nifrətə əsaslanan cinayətlərlə bağlı qanun layihəsinə imza atıb.

Matyu Şepard və Ceyms Bürd müdafiə aktı da qanun layihəsinə əlavə edilib. Vayoming kollecinin homoseksual tələbəsi Şepard 1998-ci ildə döyülərək öldürülmüşdü. Qaradərili Börd isə yük maşınına zəncirlənərək, ölənədək yerlə sürülmüşdü. Cinayətlərin üç ağ amerikalı tərəfindən həyata keçirildiyi bildirilir.

Homoseksualların hüquqlarının müdafiəsi qrupu-İnsan Hüquqları Kampaniyası ötən həftə Konqresin qanun layihəsini təsdiq etməsini alğışlayıb. Prezident Obama həmin qrupa dəstəyini vəd etmişdi.

Respublikaçılar isə sosial qanunların orduya şamil edilməsinin əleyhinə çıxış edir. Nifrət cinayətləri qanunu irqi, rəngi,dini və milliyətinə görə hücumlara məruz qalanların müdafiəsi məqsədi daşıyır.

XS
SM
MD
LG