Accessibility links

Hillari Klinton Pakistandadır


Birləşmiş Ştatlar dövlət katibi Hillari Klinton Pakistana gedib. Onun bu səfəri Pakistanla daha geniş və əhatəli münasibətlərin qurulmasını vəd edir. Yüksək vəzifəli rəsmilərlə keçiriləcək üç günlük görüşlərin əvvəlində xanım Klinton deyib ki, terrorizmlə mübarizə prioritet məsələ kimi qalsa da, Vaşinqton həmçinin təhsilin inkişafı, demokratiya və vətəndaş təsisatlarının güclündirilməsində maraqlıdır. Xanım Klintonun bu səfəri Pakistana 7.5 milyard dollarlıq yardım ayrılması barədə qanun qəbul olunandan sonraya təsadüf edir. Vəsait xüsusilə Pakistan vətəndaş təsisatlarının yaradılmasına pul ayırmağı nəzərdə tutur. Bu yardım Pakistanda bəzi siyasətçilərin tənqidinə məruz qalıb. Belə ki, onlar bunu Pakistanın suverenliyinə müdaxilə kimi qiymətləndirir.
XS
SM
MD
LG