Accessibility links

Dövlət katibi Kinton Mərakeşdə beynəlxalq forumda iştirak edir


ABŞ Dövlət katibi Hillari Klinton Yaxın Şərq və dünyanın inkişaf etmiş ölkələrinin xarici işlər nazirlərinin iştirakı ilə konfransa qatılmaq üçün Mərakeşdədir.

Gələcəyin Forumu adlanan altıncı konfransda habelə Böyük Səkkizlər qrupuna daxil olan ölkələr və Yaxın Şərqdən vətəndaş cəmiyyətləri qrupları və özəl sektorun nümayəndələri də iştirak edir.

İki gün sürəcək iclaslarda regional münaqişələrin nizamlanması, demokratiya, qanunun aliliyi və iqtisadi inkişaf kimi məsələlər müzakirə olunacaq.

Mərakəş foruma hazırda Səkkizlər qrupunda prezidentliyi icra edən İtaliya ilə ev sahibliyi edir.


XS
SM
MD
LG