Accessibility links

Şimali Koreya bəzi yeni materiallar istehsal edib


Şimali Koreya ikitərəfli danışıqlar masasına əyləşmək üçün Birləşmiş Ştatlara təzyiq göstərməsi ilə yanaşı, nüvə silahında istifadə olunan bəzi yeni materialları istehsal etdiyini bəyan edib. Ölkənin rəsmi Koreya Mərkəzi Xəbərləri Agentliyinin yaydığı məlumata görə, Pxenyan 8000 istifadə olunmuş yanacaq çöplərinin yenidən emalını başa çatdırıb. Şimal atom bombası üçün plutoniumun yanacağa çevrilməsində mühüm inkişaf əldə etdiyini bəyan edib. Ekspertlər deyir ki, materialların yenidən emalı kommunist dövlətinə ən azı bir atom bombası əldə etmək üçün yetərli plutonium verə bilər. Dünən Şimali Koreyanın xarici işlər naziri ABŞ-a təzyiq göstərmişdi ki, birbaşa danışıqlara razılıq versin. Rəsminin dediyinə görə, əgər Vaşinqton danışıqlar masasına əyləşməyə hazır deyilsə, biz öz yolumuzla gedəcəyik.
XS
SM
MD
LG