Accessibility links

Vladimir Putin Avropa İttifaqını Ukraynaya qaz ödənişlərilə bağlı kredit verməyə çağırıb


Rusiyanın baş naziri Vladimir Putin Ukraynanın Rusiyadan təbii qaz təchizatına görə ödənişləri yerinə yetirə bilməsi və Avropaya qazın nəqlinin kəsilməsinin qarşısını almaq üçün Avropa İttifaqını Ukraynaya azı 1 milyard dollar yardım ayırmağa çağırıb.

Avropa qazın 20 faizini Rusiyadan Ukrayna ərazisi ilə keçən qaz kəmərləri vasitəsilə alır və bu ilin yanvar ayında olduğu kimi qazın nəqlinin kəsilməsinin təkrar olmamasına çalışır. Rusiya qazın qiyməti və ödəniş ətrafında mübahisəyə görə Ukraynaya qazın nəqlini dayandırdıqdan sonra Avropanın 15 ölkəsi alternativ enerji mənbələri tapmaq məcburiyyəti qarşısında qalmışdı.

Vladimir Putin deyib ki, Rusiya qabaqcadan 2.5 milyard ABŞ dollar məbləğində tranzit haqqını ödədiyib. Danimarkanın baş naziri Lars Lokke Rasmussenlə danışıqlardan sonra açıqlamalar verən Vladimir Putin deyib ki, indi avropalılar milyardlarını xərcləməlidir.

Vladimir Putin son günlər Ukraynanın Qazprom qarşısında öhdəliklərinə əməl edə bilməməsilə bağlı xəbərdarlıqlar verib.

Ukraynanın dövlətə məxsus Naftoqaz şirkəti qaz ödənişlərini vaxtında edir.

Avropa Komissiyası Ukrayna ilə qaz ödənişlərinin vaxtında edilməsi və enerji sektorunda işlahatlar aparılması məqsədilə beynəlxalq təsisatlardan 1.7 milyard dollar məbləğində kredit ayrılması haqda iyun ayında razılıq əldə etmişdi.

Vladimir Putin deyib ki, maliyyə böhranı nəticəsində iqtisadiyyatı tənəzzül keçirən Ukrayan hələ bu pulu lamyıb.

Enerji məsələləri üzrə təhlilçilər Rusiyanın bu dəfə Avropaya qazın nəqlini kəsməyəcəyini düşünərək bildirirlər ki, Rusiya hər vəchlə müqavilələrdə göstərildiyi kimi Avropa müştərilərinin mümkün qədər çox qaz almasına çalışır.

İqtisadi tənəzzül tələbatın azalmasına gətirib çıxarmış, Avropanın qaz aksiyaları isə yüksəlmişdir.

XS
SM
MD
LG