Prezident Obama Tehrandakı Amerika səfirliyinə edilən
hücumun ildönümü münasibəti ilə verdiyi açıqlamasında bildirib ki, 1979-cu il noyabrın dördündə baş
verən bu hadisə zamanı cəsarətli vətəndaşlarımız haqsız olaraq girov götürüldülər. Prezident Obama deyib ki, göstərdikləri fövqəladə
xidmət və fədakarlıqlara görə bizim həmin
Amerika vətəndaşlarına minnət borcumuz var.
ABŞ prezidenti açıqlamasında qeyd edib ki, həmin hadisə Birləşmiş Ştatlarla İran arasında uzun müddət davam edən şübhə, etimadsızlıq və qarşıdurma dövrünün başlamasına kömək etdi. O, bir daha vurqulayıb ki, Birləşmiş Ştatlar bu hadisələri keçmişdə buraxıb irəliyə doğru addım atmaq, İran İslam Respublikası ilə qarşılıqlı maraqlara və hörmətə əsaslanan əlaqələrin yaranmasını arzu edir. "Biz İranın daxili işlərinə müdaxilə etmirik. Biz İrana qarşı terrorçu hücumları məhkum etmişik. Biz İranın dinc məqsədli nüvə proqramına malik olmaq barədə beynəlxalq hüquqlarını tanıyırıq" deyən ABŞ prezidenti bunu da qeyd edib ki, Birləşmiş Ştatlar başqa ölkələrlə bir yerdə etimad artırıcı addımların atılmasını istədiyini də nümayiş etdirib.
Açıqlamada deyilir: "İran bir seçim etməlidir. Biz otuz ildir ki, İranın nəyin əleyhinə olduğunu dinləyirik; indi isə sual ondan ibarətdir ki, İran nə kimi bir gələcək istəyir. ABŞ xalqı İran xalqına və onun zəngin tarixinə böyük hörmət bəsləyir. Dünya bu xalqın çox güclü ədalət tələblərinin və universal hüquqlar uğrunda cəsarətli addımlarının şahidi olmağa davam edir."
Prezident Obama açıqlamasının axırında deyir ki, artıq İran hökuməti üçün bir qərara gəlməyin vaxtıdır. O, fikrini keçmişdəki hadisələr üzərindəmi, yoxsa öz xalqı üçün daha böyük fürsətlər, firavanlıq və ədalət yolunu açacaq qərarları qəbul etmək üzərindəmi cəmləşdirmək istəyir.