Accessibility links

Pakistan ordusu Cənubi Vəziristanda intensiv döyüşlər aparır


Pakistanın ordusu bildirir ki, hərbi qüvvələr yaraqlıların nəzarətində olan ərazilərin dərinliklərinə doğru irəlilədiyi bir vaxt ordu Talibanın Cənubi Vəziristan regionundakı istehkamlarına çatıb. Hərbi rəsmilərin məlumatına görə, qoşunlar Sararoqanın mühüm hissəsini ələ keçirərək Ladaya daxil olub. Məlumatda deyilir ki, şəhərdə nəzarəti ələ keçirmək üçün Lada küçələrində intensiv döyüşlər gedir. Ordunun yaydığı bəyanatda son gün ərzində Cənubi Vəziristanda 30 yaraqlının öldürüldüyü bildirilir. Bəyanatda habelə deyilir ki, döyüşlər zamanı ordunun 8 əsgəri yaralanıb. Ordunun itki iddiaları nadir hallarda müstəqil şəkildə təsdiq oluna bilmir, çünki döyüş gedən zonaya jurnalistlərin və yardım işçilərinin daxil olması qadağan edilib.
XS
SM
MD
LG