Accessibility links

Qlobal iqlim dəyişikliyinə dair razılıq gecikir


Barselonada BMT-nin iqlim dəyişikliyinə dair konfransı yeni müqavilənin planı haqda razılıq olmadan başa çatır. Konfransın son günü dünya ölkələrindən müzakirəçilər bildiriblər ki, qlobal iqlimə dair müqavilə bir ilə qədər gecikdirilə bilər.

Barselonaya toplaşan nümayəndələr bir həftə ərzində 192 ölkənin gələn ay iqlimə dair beynəlxalq müqaviləyə imza atmasına yol açacaq plan üzərində işləyirdi. Lakin indi BMT-nin İqlim Dəyişikliyinə dair Konvensiyanın icaredici katibi İvo de Boer deyir ki, qanunu sənədin qəbul edilməsi bir ilə qədər çəkə bilər. Onun sözlərinə görə, müzakirəçilər 2010-cu ildə yekunlaşdırılacaq müqavilənin planı üzrə gələn ay Kopenhagendə görüş zamanı müzakirə aparacaqlar.

Hindistanda danışan İsveçin baş naziri Fredrik Reinfeldt jurnalistlərə deyib ki, bu, bəzi ölkələrin müqaviləyə imza atmaq üçün siyasi cəhətdən hazır olmadıqlarına görə baş verir.

O deyir ki, belə bir hüquqi sənəd Avropa İttifaqında artıq əldə eidlib, lakin Birləşmiş Ştatlar kimi beynəlxalq müqavilənin ratifikasiyasına konqresdə dəstək olmadığını deyən bəzi ölkələr üçün görünür, bu, mümkün deyil.

İqlimə dair hazırkı Kioto protokolunun müddəti 2012-ci ildə bitir.
Sənəd 1997-ci ildə 37 tərəfindən qəbul edilmişdi.

Birləlmiş Ştatlar Kioto Protokolunu ratifikasiya etməyib.



XS
SM
MD
LG