Accessibility links

Əfqanıstanda beynəlxalq qüvvələrın hava hücumları tələfatla nəticələnib


NATO-nun bugünkü açıqlamasında bildirilir ki, dünən yol kənarına yerləşdirilmiş bomba partlayışı iki ABŞ əsgərinin ölümü ilə nəticələnib. NATO hadisənin Əfqanıstanın cənubunda baş veridyini bildirmiş, lakin detallar barədə məlumat verməmişdir.

Dünən gecə beynəlxalq qüvvələrin hava hücumları zamanı 9 mülki vətəndaşın qətlinə görə hiddətlənmiş kəndlilərin Helmənd vilayətinin Ləşkər Gah küçələrində etiraz aksiyalarına çıxdığı bildirilir. Əllərində ölənlərin cəsədlərini gəzdirən kəndlilər hökumətə və xarici qüvvələr əleyhinə süarlar səsləndirib.

Əfqanıstan prezidenti Həmid Karzayın ofisi hücumları qınamışdır. Əfqanıstandakı ABŞ qüvvələrinin yüksək səviyyəli komandiri, ordu generalı Stenli Makkristal mülki vətəndaşlar arasında tələfatların qərb misiyasını kölgə altına aldığını deyib.

XS
SM
MD
LG