Accessibility links

Pakistanda hərbi qulluqçulara qarşı hücumlar davam edir


Pakistan rəsmilərinin bildirdiyinə görə, İslamabadda silahlı şəxslərin atəşi nəticəsində ordu briqadiri və onun sürücüsü yaralanıb. Bu, son bir neçə həftə ərzində hərbçiləri hədəf alan üçüncü hücumdür. Polis dünən motosikletdəki silahlı bir şəxsin iki nəfər olan maşına atəş açdığını bildirib. İki həftə bundan əvvəlbuna bənzərbir hadisə zamanı da motosikletdəki silahlı şəxs iki zabiti və sürüçünü qətlə yetirmişdi. Keçən həftə ordu zabitinə eyni şəkildə hücum edilmiş, lakin o, xəsarət almamışdı.

XS
SM
MD
LG