Accessibility links

Rusiya rəsmiləri təyyarə qəzasına dair araşdırmaya başlayıb


Rusiya müdafiə rəsmiləri dünən ölkənin uzaq şərq regionunda hərbi təyyarənin qəzaya uğramasına dair araşdırmaya başlayıb. İçərisidə 11 nəfər olan Rusiyanın TU-142M3 təyyarəsi Rusiyanın əsas ərazisi ilə Saxalin adasını ayıran Tatar boğazı üzərində təlim keçən zaman yoxa çıxıb. Xilasetmə rəsmiləri deyir ki,hadisədən kiminsə sağ çıxması ehtimalı çox azdır. Rusiya rəsmi xəbər agentliyi İtar-Tass-ın bildirdiyinə görə, axtarış əməliyyatlarına bir hərbi müdafiə təyyarəsi, bir vertolyot və bir neçə gəmi cəlb olunub. Ordunun bildirdiyinə görə, xilasetmə dəstələri Sakit Okean sahilindən 20 kilometr uzaqlıqda yerləşdirilib.
XS
SM
MD
LG