ABŞ-ın Ali Məhkəməsində qətl cinayəti törətməyən azyaşlıların ömürlük həbs cəzası ilə bağlı hökmlərin qəddarlıq olub-olmaması nəzərdən keçirilir. Bu gün məhkəmədə iki işlə bağlı dinləmələr təşkil edilib. Bunlardan biri 13 yaşında ikən qoca bir qadını zorlayan Co Sallivan, digəri isə 17 yaşında silahlı oğurluq edən Terrens Qrahamın işidir. Onların hər iki də ömürlük həbs cəzası altındadır.
Vəkillər və azyaşlıların ömürlük həbsə məhkum edilməsinin əleyhinə olanlar zehni inkişaf dövründə gənclərin dəyişmək imkanından məhrum edildiyini deyirlər.
ABŞ-da 18 yaşından aşağı 2500 nəfər ömürlük həbs cəzası altındadır və onların 111-nin törətdiyi cinayətlər ölüm halları ilə nəticələnməyib.