Accessibility links

İndoneziyanın Sumbava adası yaxınlığında zəlzələ baş verib


İndonezya rəsmilərinin bildirdiyinə görə, bu gün Sumbava adası yaxınlığında dəniz altında baş verən güclü zəlzələ 2 nəfərin ölümünə, 40-a yaxın adamın isə yaralanmasına səbəb olub. Rəsmilər zəlzələ nəticəsində adadakı yaşayış binalarının, məktəblərin və məscidlərin zədələndiyini bildirirlər. Birləşmiş Ştatların Geoloji Araşdırmalar Mərkəzi zəlzələnin episentrinin Sumbavanın Raba şəhərindən 15 km məsafədə yerli vaxtla səhər saat 3:42 radələrində, 6,7 bal gücündə olduğunu xəbər verib.

Digər xəbərdə isə bildirilir ki, Cənubi Sulavesinin Palopo şəhərində baş verən yer sürüşməsi 8 nəfərin ölümü, 5-nin itkin düşməsinə səbəb olub.

XS
SM
MD
LG