Accessibility links

NATO-nun Kabildəki bazası yaxınlığında maşın karvanına hücum olub


Əfqanıstan rəsmiləri bildirirlər ki, intiharçının Birləşmiş Ştatlar və NATO-nun Kabildəki bazası yaxınlığında maşın karvanına etdiyi hücum nəticəsində 20-dən çox adam yaralanıb. NATO rəsmiləri deyirlər ki, əməliyyatda koalisiyanın 9 əsgəri, 10 mülki kontraktor və bir neçə əfqan xəsarət alıb. Taliban hücumun məsuliyyətini öz üzərinə götürüb. Bu son aylarda yaraqlıların BMT-nin qonaq evi və Hindistanın səfirliyi daxil olmaqla Kabildə bir neçə hücum törətdikləri bildirilir. Bu arada Britaniyanın baş naziri Qordon Braun bu gün deyib ki, o müttəfiqlərinə NATO-nun başçılığı altındakı hərbi qüvvələrində xidmət göstərmək üçün oraya əlavə 5-min əsgər göndərilməsinə səsləyib.
XS
SM
MD
LG