Accessibility links

Pakistanda intiharçı hücumu baş verib


Pakistan polisi bildirir ki, ölkənin şimal-qərbindəki Peşəvər şəhərində intiharçının bomba yerləşdirilmiş maşınla etdiyi hücumu nəticəsində azı 7 nəfər həlak olub, 20-dən çox adam isə yaralanıb. Rəsmilər deyirlər ki, intiharçı idarə etdiyi maşını polis yoxlama məntəqəsinin yaxınlığında partladıb. Həlak olanlar arasında 2 polis zabiti də var. Bu əməliyyat intiharçının Peşəvərdəki Kəşfiyyat xidməti agentliyinin idarəsinə bomba ilə dolu olan yük maşınında etdiyi hücumdan bir gün sonraya təsadüf edir. Partlayış nəticəsində 10 nəfər həlak olub, üçmərtəbəli mağaza və kəşfiyyat idarəsinin binaları dağılıb. Hökumət bildirir ki, yaraqlıların bu hücumları Pakistan ordusunun tayfaların yaşadıqları bölgələrdəki taliban yaraqlılarına qarşı keçirdiyi genişmiqyaslı hərbi əməliyyatlara cavabdır. Bu arada Pakistan hərbçiləri deyirlər ki, hərbi qüvvələrin Svat vadisində yaraqlılara qarşı həyata keçirdiyi hücum nəticəsində 8 yaraqlı öldürülüb.

XS
SM
MD
LG