Accessibility links

ABŞ lideri ordu bazasındakı qətliyamın ətraflı araşdırılmasına çağırır


ABŞ prezidenti Barak Obama ötən həftə Texas ordu bazasında baş verən qətliyamın səbəblərinin ətraflı araşdırılmasına çağırıb. Ağ Evin veb saytında yerləşdirilmiş həftəlik radio müraciətində cənab Obama deyib ki, təhqiqatçılar qatil barədə hər bir məlumatı toplamalı və bu məlumatlardan necə istifadə olunduğunu öyrənməlidirlər. Bu gün Fort Hood hərbi bazasında qətlə yetirilmiş 13 şəxsdən bəzilərinin dəfn mərasimi keçiriləcək. Onların sırasında serjant Eymi Kruger də var ki, o, bu gün Viskonsin ştatındakı kiçik Kiel qəsəbəsində torpağa tapşırılır. Cümə günü öldürülmüş 29 yaşlı əsgərin xatirə mərasiminə yüzlərlə adam toplaşıb. Qətliyamı törətməkdə şübhəli bilinən mayor Nidal Malik Həsənin vəkili isə hücumçunun polis tərəfindən güllə ilə vurulmasının ardınca iflic olduğunu açıqlayıb.
XS
SM
MD
LG