Accessibility links

Fələstinlilər BMT-dən müstəqilliyə dəstək almaq istəyir


Fələstin rəsmiləri bildirirlər ki, Fələstin Muxtariyyəti BMT-yə Israilin razılığı olmadan müstəqilliyin dəstəklənməsi haqda müraciət etməyi planlaşdırır.

Fələstinlilərin baş müzakirəçisi Saib Erekat İsrail ordusunun radiosuna müsahibəsi zamanı deyib ki, fələstinliləri öz arzularına İsraillə sülh danışıqları yolu ilə çatacaqlarına ümidlərini itirirlər. Saib Erekat fələstinlilərin BMT-yə bununla bağlı nə zaman müraciət edəcəklərini deməyib, lakin bidirib ki, onlar bunu tam hazır olduqları zaman edəcəklər.

Tərəflər keçən ilin dekabr ayından danışıqlar keçirmir.

İsrailin Müdafiə naziri Ehud Barak İsrail kabinetinə bu gün deyib ki, danışıqların bərpası ölkənin marağındadır. Onun bildirdiyinə görə, israillilər və fələstinlilər danışıqlar vasitəsilə razılığa gələ bilməsə, Fələstin dövlətinin müstəqilliyinin birtərəfli şəkildə elan edilməsinə dəstəyin artacağı mümkündür.

Israilin baş nazirinin müavini Silvan Şalom deyib ki, fələstinlilərin birtərəfli qaydada hər hansı bir addımı sülh şansları qarşısında maneə yarada bilər.


XS
SM
MD
LG