Accessibility links

Kosovo seçkilərində aparıcı partiyalar qələbə elan edirlər


Kosovonun iki aparıcı partiyası ötən il Serbiyadan ayrıldıqdan bəri ölkədə keçirilən ilk seçkilərdə qələbə çaldıqlarını elan ediblər. Bazar günün keçirilən seçkilərin nəticələri hələ də sayılmaqdadır. Hərçənd ki, seçki komissiyası nəticələri hələ açıqlamayıb, baş nazir Haşim Tacinin rəhbərlik etdiyi Kosovo Demokrat partiyası 36 bələdiyyədən 20-ə nəzarəti ələ aldığını xəbər verir. Prezident Fatmir Seydiunun Kosovo Demokratik Liqası isə paytaxt Priştinada qalib gəldiyini elan edib. Rəsmilər ölkənin 1.5 milyonluq əhalisinin yalnız 45 faizinin səsvermədə iştirak etdiyini bildirir. Minlərlə serb Belqradın baykot çağırışına məhəl qoymayaraq səsverməyə qatılıb.
XS
SM
MD
LG