Accessibility links

Rusiya və Avropa enerjinin kəsildiyi halda ilkin xəbərdarlıq sistemi haqda razılıq imzalayıb (video)


Bu ilin əvvəli olduğu kimi Rusiyadan Avropaya qazın nəqlinin kəsilə bilməsilə bağlı narahatlıqlar Rusiya və Avropa İttifaqı arasında çərşənbə günü keçirələcək zirvə görüşünə kölgə salır.

Rusiya və Ukrayna arasında mübahisələr davam etdiyi zaman Avropa və Rusiya təchizatın mümkün kəsilməsinin vura biləcəyi zərəri azaltmaq məqsədilə ilkin xəbərdarlıq sisteminin yaradılması haqda razılıq əldə ediblər.

Zirvə görüşü ərəfəsi gərginliyin azaldılması məqsədi güdən bu razılıq keçən həftə Rusiyanın Ukrayna ödənişləri etməsə, qazın nəqlinin dayana biləcəyilə bağlı xəbərdarlıq verməsindən sonra Avropa İttifaqı liderlərində o qədər də böyük arxayınlıq yarada bilmir.

Bununla yanaşı, ticarət, insan hüquqlarının pozulması və keçən il Gürcüstanla müharibə kimi məsələlər ətrafında kəskin fikir ayrılıqlarına görə, müşahidəçilərin böyük hissəsi Rusiya-Avropa İttifaqı sammitinin münasibətlərdə böyük dəyişiklik yaradacağını düşünmür.

Yanvar ayında Rusiyadan Avroaya qzın nəqli Ukrayna ilə qiymət və ödənişlərlə bağlı mübahisələrə görə iki həftə dayanmışdı.

Bunun nəticəsi olaraq, şərqi Avropanın bir çox yerlərində zavodlar bağlanmış, milyonlarla insan qışın ortasında istiliksiz qalmışdı.

Baş nazir Vladimir Putin keçən həftə deyib ki, Ukrayna təbii qaza görə pulu ödəməsə, ya da Avropaya qazın 20 faizinin çatdırıldığı kəmərdən qazı oğurlamağa başlasa, Rusiya yenə də qazın nəqlini dayandıra bilər.

Ukraynada prezident seçkilərinin yaxınlaşdığı bir vaxt çoxları Kiyevin Rusiyaya aylıq ödənişləri vaxtında çatdıra bilməməsindən qorxur.

Baş nazir Putin Avropanı Ukraynanın Rusiyaya borcunu ödəməsinə yardım etmək üçün bir milyard dollar kredit verməyə çağırıb. Avropa İttifaqının liderləri bu fikri qəbuul etməyiblər.

İsveçə səfər edəcək Rusiya prezidenti Dmitri Medvedevin məsələ ilə bağlı Avropa Komissiyasının prezidenti Xose Manuel Barrosoya təzyiq göstərəcəyi gözlənilir.

Avropa İttifaqının enerji məsələləri üzrə nümayəndəsi Andris Piebalqs və Rusiyanın Enerji naziri Sergey Şmatko bazar ertəsi Moskvada İlkin Xəbərdarlıq Mexanizmi adlı sənədə imza atıblar.

Avropa İttifaqı bildirir ki, sənəddə təchizatın hər hansı bir səbəbə görə kəsildiyi şəraitdə mexanizmlərin işə düşməsi üçün lazımi şərait aydın şəkildə müəyyən edilir.



XS
SM
MD
LG