Accessibility links

Amnesty International Azərbaycan blogerlərini müdafiə kampaniyasına başlayıb 


Amnesty International hüquq-müdafiə təşkilatı həbs edilmiş blogerlər Adnan Hacızadə və Emin Milliyə dəstək kampaniyasına başlayıb.
Təşkilat bütün xeyirxah insanları prezident İlham Əliyevin adına blogerlərin dərhal və şərtsiz azad edilməsi haqqında müraciət göndərməyə çağırıb. “Emin Milli və Adnan Hacızadə vicdan məhbusu kimi tanınıb və yalnız öz fikirlərini dinc şəkildə ifadə etdiklərinə görə həbs ediliblər”, - deyə təşkilatın məlumatında qeyd edilir.
Turan Agentliyinin məlumatına görə, Norveçin İnsan Hüquqları Evi beynəlxalq hüquq-müdafiə təşkilatları şəbəkəsi də blogerlər barədə məhkəmə hökmünü pisləyən bəyanatla çıxış edib.
Çoxsaylı ölkələrin 30-dan çox hüquq-müdafiə qurumlarının birgə bəyanatında Azərbaycan hakimiyyəti demokratiya pozuntularına son qoymağa çağırılır. “Biz Azərbaycan hakimiyyətini demokratik dəyərlərin və ilk öncə ifadə azadlığının müdafiəsi üzrə adekvat tədbirlər görməyə çağırırıq”, - deyə təşkilatın bəyanatda bildirilir.

XS
SM
MD
LG