ABŞ
prezidenti Barak Obama deyir ki, İran nüvə proqramının dinc mahiyyətli və
şəffaf olduğunu göstərə bilməsə bunun fəsadları ilə üzləşəcək. Prezident
Obamanın Pekində jurnalistlərə bildirdiyinə görə, Birləşmiş Ştatlar və Çin
razılaşıblar ki, İran dünya ictimaiyyətinə proqramının dinc mahiyyətli olduğunu
sübut etməlidir. Çin və ABŞ İranın nüvə proqramına son qoyması üçün
danışıqların iştirakçısı olan 6 qüdrətli dövlət arasındadır. Cənab Obama bazar
günü demişdi ki, İran BMT-nin təklifinə cavab verməkdə gecikir.