Honq Konq
2012-ci il üçün ye ni seçki nizamnaməsi hazırlayıb. Qarşıdan gələn seçkilər sabiq Britaniya koloniyasının
rəsmi Pekinlə birbaşa seçkilər keçirmək uğrunda apardığı mübarizədə mühüm addım
kimi qiymətləndirilir. Honq Konqun ali
icraçı katibi Henri Tanq deyir ki, hökumət qanunverici orqana 10 və lider
seçimi panelinə 400 yer əlavə etmək üçün ictimaiyyətlə məsləhətləşəcək. Honq Konq 1997-ci ildə Çinin idarəçiliyi
altına keçdikdən bəri şəhərə daha böyük demokratiya gətirmək üçün Kommunist
Partiyası ilə mübarizə aparır. Mərkəzi Çin hökuməti qərar verib ki, 2017-ci ildən
başlayaraq Honq Konq lideri, 2020-ci ildən başlayaraq isə bütün qanunverici
orqan ada seçiciləri tərəfindən birbaşa seçkilərdə müəyyən edilə bilər. Hazırda Honq Konqun 60 üzvlük Qanunverici
Şurasının yarısı seçicilər tərəfindən, yerdə qalanı isə xüsusis maraq qrupları
tərəfindən müəyyənləşdirilir.