Accessibility links

ABŞ və Cənubi Koreya liderləri Şimali Koreyanı altıtərəfli danışıqlara qayıtmağa çağırmışlar


Birləşmiş Ştatlar prezidenti Barak Obama və Cənubi Koreya prezidenti Li Myunq-Bak Şimali Koreyanı nüvə proqramın dayandırılmasına dair beynəlxalq danışıqlara qayıtmaq və təhrikçi əməllərinə son qoymağa çağırıb. Bu gün Seulda müxbirlərlə görüş zamanı cənab Li və cənab Obama Şimali Koreyanı altıtərəfli danışıqlara qaytaqmaq üçün birgə çalışacaqları barədə razılığa gəldiklərini və artıq səbirlərin tükəndiyini bildiriblər. Prezident Obama deyib ki, Şimali Koreya silahsızlaşma istiqamətində ciddi addımlar atarsa, ona qarşı tətbiq edilən sanksiyaların azaldılması və zamanla beynəlxalq ictimaiyyətə inteqrasiyasını təmin etmiş olar. ABŞ prezidenti xüsusi nümayəndəsi Stefan Bosvortun aprel ayında danışıqları boykot edən Şimali Koreya ilə danışıqların bərpası məsələsini müzakirə etmək üçün gələn ay Pxenyana gedəcəyini bildirdi.

XS
SM
MD
LG