Gürcüstandan ayrılmaq istəyən Cənubi Osetiyada rəsmilər partlayıcı maddələrlə əraziyə daxil olduqları deyilən gürcü yeniyetmələri saxlamağa davam edirlər.
Cənubi Osetiya rəsmiləri 14 və 17 yaşlarında olan yeniyetmə gənclərin qeyri-müəyyən vaxtadək saxlanılacağını bildiriblər. Onların saxlandıqları zaman üzərindən qumbara aşkar edildiyi bildirilir.
Gürcüstan separatçı respublikanın rəsmilərini ölkənin Cənubi Osetiya ilə de-fakto sərhəddi yaxınlığında yerləşən gürcü kəndindən bir qrup kəndlini oğurlamaqda ittiham edir. Tbilisi rəsmilərin onların dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edir.
Avropa İttifaqı həbs edilənlərin dərhal azad edilməsinə çağıraraq, Cənubi Osetiyanın buna oxşar hərəkətlərindən dərin narahatlığını ifadə edib.