Accessibility links

Pakistanın Pişəvər şəhərində növbəti bomba hücumu həyata keçirilib


Pakistan rəsmilərinin bildirdiyinə görə, bu gün Pişəvərin məhkəmə binasının girəcəyində intiharçının həyata keçirdiyi bomba hücumu azı 19 nəfərin ölümünə səbəb olub. Bu hücum son iki həftə ərzində Pişəvər şəhəri və onun ətrafında baş verən altıncı hücumdur. Yüksək səviyyəli polis zabiti Sahibzadə Anis deyib ki, intiharçı özünü mühafizəçinin məhkəmə qapısında onu yoxlamaq istəyərkən partlatmışdır. Rəsmilər hadisə zamanı 3 polis zabitinin həlak olduğunu, 36 nəfərin yaralandığını bildirmişlər.

Pakistanın baş naziri Yusuf Raza Gilanı hücumu pisləyərək, terrorçularla mübarizə üçün Pakistanın beynəlxalq qüvvələrə ehtiyacı olduğunu bir daha təkrar edib. Pakistan hərbi qüvvələri oktyabr ayının ortalarından qəbilələrin yaşadığı Cənubi Vəziristan bölgəsində Taliban yaraqlılarına qarşı genişmiqyaslı əməliyyatlar keçirir.

XS
SM
MD
LG