Kanada
hökuməti Əfqanıstandakı əsgərlərinin yerli rəsmilərin işgəncələrə məruz qoyması üçün
məhbusları bilərəkdən onlara təhvil verməsi
iddialarına dair təhqiqat başlatmayacağını bildirib. Bu gün müdafiə naziri
Piter MakKey deyib ki, bunun üçün dəlil yoxdur və ittihamlar yalan danışmaq
təlimləri keçmiş Taliban məhbusların ifadələrinə əsaslanıb. Bu həftənin əvvəli Kanada
diplomatı Riçard Kolvin parlament qarşısında ifadə verərək demişdi ki, Kanada qoşunları
tərəfindən həbs edilənlər əfqan rəsmilərə təhvil verilib və məhbuslar orada
işgəncəyə məruz qalıb. Diplomatın sözlərinə görə, hökumət məhbusların başına
gətirilənlərə dair xəbərdarlıqları bir ildən çoxdur ki rədd edir. İşgəncə
iddialarını ciddiyə alan xarici işlər naziri Laurens Kannon sübuta yetirilmiş
dəlillər üzərində işləyir.